Qazanxana sistemləri

Qazanxana — suyu qızdıraraq  buxara və ya suyun qaynama temperaturundan yuxarı temperatura qədər qızdırılmış buxara çevirərək obyektləri qızdırmaq üçün nəzərdə tutulmuş sistemidir. Qazanxana sistemləri əsasən binalarda, villalarda, alış-veriş mərkəzlərində, xəstəxanalarda mərkəzi isitmə sisteminin əsasını təşkil edir.
Qazanxanalarda enerji vasitəsilə xüsusi qazanlarda olan su qızdırılaraq lazım olan buxar halına gətirilir. Sonra isə həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür.