Mərkəzi kondisioner sistemləri (AHU)
Mərkəzi kondisionerlər - bu kondisionerlər soyuq və isti sistemlə təhciz olunublar və bu zaman soyuq hava çillerdən, freon daxili kompressor-kondensator blokunda, isti su isə mərkəzi isitmə sistemindən və ya boylerdən kondisionerə vurulur. Bu kondisionerlər xidmət göstərdikləri otaqlara yaxın yerləşdirilirlər(damda, texniki mərtəbədə və ya zirzəmidə). Kondisionerə havanın girişi və çıxışı və eləcə də otaqlara ötürülməsi hava xətləri ilə reallaşır. Mərkəzi kondisioner sistemi bir neçə bölmədən ibarətdir və hər bir bölmə müəyyən bir funksiyanı yerinə yetirir. Onlar havanı soyutmaq və isitməklə yanaşı onu təmizləyir, qurudur və ya rütubətləndirir və əlbəttə ki havalandırmanı təmin edir.