
Şirkətimiz
AKVEN GROUP MMC Azərbaycan bazarında binaların sənaye tipli obyektlərin, mülki obyektlərin, isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi, quraşdırılması və bu sistemlərin davamlı olaraq servis xidmətini yüksək səviyyədə həyata keçirməkdədir.
Şirkətimiz yüksək ixtisaslı peşəkar və təcrübəli mühəndis-texniki işçiləri sizə layihələndirmə, quraşdırma və servislə əlaqədar texniki məsələlərlə bağlı məsləhətlər verməyə hazırdırlar.
Müxtəlif markalı məhsul çeşidlərimizin olması bizə sənaye, ticarət, eləcədə fərdi obyektlərin və evlərin isitmə., soyutma və havalandırma sistemlərinin qurulmasının planlaşdırılmış büdcəyə uyğun optimal variantlar təklif etməyimizə imkan yaratmaqdadır. Bu bizə rəqiblərimizin qarşısında, böyük üstünlük yaradır və qiymətlərimiz hər zaman rəqiblərimizdən daha cəlbedici olur.